Amerika Kubokunun ikinci yarımfinalçısı bəlli oldu
18 iyun 2016 07:06 (UTC +04:00)

Amerika Kubokunun ikinci yarımfinalçısı bəlli oldu

ABŞ-da keçirilən futbol üzrə Amerika kubokunda ikinci yarımfinalçı məlum olub.

 

APA-nın məlumatına görə, 1/4 finalda Kolumbiya millisi penaltilər seriyasında 4:2 hesabı ilə Perunu məğlub edib.

 

Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Turnirin reqlamentinə görə, əlavə vaxt yalnız finalda təyin edilə bilər.

 

Kolumbiyalılar 2004-cü ildən bəri ilk dəfədir ki, Amerika Kubokunun ½ finalına vəsiqə qazanıblar.

 

İyunun 19-da daha iki ¼ final qarşılaşması (Argentina -  Venesuela, Meksika – Çili) baş tutacaq.

 

Bundan əvvəl Ekvadoru 2:1 hesabı ilə məğlub edən ABŞ yığması turnirin ilk yarımfinalçısı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar