Bu gün Almaniya Budesliqasının 3-cü turu çərçivəsində keçirilən “Herta” – “Verder” matçının qadın hakim Bibiyana Steynhaus idarə edib.
Lent.az-ın “qafqazinfo”-ya istinadən xəbərinə görə, bununla da, 38 yaşlı hakim ölkə çempionatlarının əsas liqasında matç idarə edən ilk qadın hakim kimi tarixə düşüb.
1999-cu ildə hakim karyerasına başlayan Steynhaus, 2005-ci ildən FİFA bayrağı altında keçirilən oyunları da idarə edir.
Qeyd edək ki, “Herta” – “Verder” matçı 1:1 başa çatıb.