Almaniyada "Bakı" şahmat klubu yaradılıb
24 sentyabr 2014 17:39 (UTC +04:00)

Almaniyada "Bakı" şahmat klubu yaradılıb

Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Mədəniyyət evi azyaşlılardan ibarət “Bakı” şahmat klubunu təsis edib. Lent.az-ın məlumatına görə, kluba əsasən orada yaşayan və Almaniyanın müxtəlif şahmat klublarında oynayan soydaşlarımız və bir neçə digər xalqların nümayəndələri qoşulublar.

 

Mədəniyyət evinin icraçı direktoru Rəşad Quliyev bildirib ki, klubun yaradılması Azərbaycanın tanıdılmasına xidmət edir.: “Kluba şahmat üzrə Şimali Reyn Vestfaliya, Leverkuzen çempionu və bir çox beynəlxalq turnirlərin qalibi İdris Əsədzadəni və bir neçə soydaşlarımızı cəlb etməklə Almaniya Şahmat Federasiyasının da marağına səbəb olmuşuq. Azərbaycan şahmat ənənəsinin Almaniya şahmatına da töhvə verəcəyini bildirən federasiyanın bölgə nümayəndələri bu addımımızı sevinclə qarşılayıblar. Alman-Azərbaycan Mədəniyyət evi olaraq klubumuza öz binamızda geniş yer vermişik. Burada klub üzvləri üçün həm dərs məşğələ otaqları, həm də kiçik turnirlər üçün şərait yaradılıb. Şahmat lövhəsi, şahmat taxtaları, müxtəlif materiallarla klubumuzu təmin etmişik. Kluba İtaliya uşaq milli komandasının baş məşqçisi, Beynəlxalq dərəcəli şahmatçı (İM) Fernando Braga və Şimali Reyn Vestfaliya üzrə müəllim Tomas Mixalzakı məşqçi olaraq dəvət etmişik”.

 

 

Klubun bəzi çatışmazlıqları üçün Azərbaycan Şahmat Federasiyasına müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Səlcuq Elçin

Oxşar yazılar