Almaniya yığmasının oyununda azərbaycanlı hakim
22 iyul 2014 11:21 (UTC +04:00)

Almaniya yığmasının oyununda azərbaycanlı hakim

0

Azərbaycanlı FİFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək Almaniya - Serbiya qarşılaşmasının yan xətt hakimlərindən biri həmyerlimiz olacaq.

 

Oyunu ispaniyalı FİFA referisi Xavyer Estrada Fernandez idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Stefan Klossner (İsveçrə) olacaq.

 

Qeyd edək ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir. Abbasovun yarışda ilk oyunu Portuqaliya - İsrail matçı olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1097

Oxşar yazılar