FİFA 576 milyon avro mükafat fondunu dünya çempionatında çıxış edən 32 komanda arasında bölüşdürəcək.
Apasport.az saytının məlumatına görə, mükafat fondu komandaların çıxışı üzrə bölünəcək.
Ən böyük mükafat məbləği dünya çempionatının qalibi Almaniyaya veriləcək.
Almaniya millisi 35 milyon avro alacaq. İkinci yeri tutan Argentinaya isə 25 milyon avro çatacaq. Üçüncü yeri tutan Hollandiyaya isə 22 milyon avro veriləcək. Qrupdan çıxa bilməyən hər bir komanda isə 8 milyon qazanacaq.
Bundan əlavə, hər bir komanda təşkilati xərclərin kompensasiya edilməsi üçün 1,5 milyon avro alacaq. Mükafat milli komandaların federasiyalarının hesabına köçürüləcək.