Almaniya Bundestaqında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı keçirilib. Azərbaycanın Almaniyadakı Səfirliyindən Lent.az-a bildirilib ki, Bundestaqın İdman Komitəsinin təşəbbüsü əsasında ərsəyə gələn tədbirdə sözügedən komitəni təmsil edən millət vəkilləri, AFR hökumətinin və Almaniya Milli Olimpiya Komitəsinin nümayəndələri, Bundestaq Aparatının və deputat bürolarının əməkdaşları, habelə jurnalistlər iştirak ediblər. Tədbirə əsas məruzəçi kimi Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov və Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev dəvət olunublar.
İclası açıq elan edən Bundestaqın İdman Komitəsinin sədri, deputat Daqmar Fraytaq Azərbaycan tərəfinə tədbirdə iştiraka razılıq verdiklərinə görə öz təşəkkürünü bildirib.
Tədbirdə səfir Pərviz Şahbazov çıxış edib. Daha sonra söz Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev Avropa Oyunlarının Təşkilat Komitəsinin Sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi altında aparılan hazırlıq işlərindən söhbət açıb.