Almaniya bundesliqası tarixinin ən erkən qolu vurulub.
Lent.az-ın qol.az-a istinadən xəbərinə görə, bu, ölkə çempionatının ilk turunda "Borussiya" (Dortmund) - "Bayer" (Leverkuzen) matçında baş verib.
Qonaq komandanın oyunçusu Kərim Bellarabi görüşün 7-ci saniyəsində fərqlənərəq tarixə düşüb.
Qeyd edək ki, bundesliqada bundan əvvəl ən erkən qol 11-ci saniyədə vurulub.