
Almaniya Avro-2020-dən imtina edə bilər
İngiltərə Avro-2020-nin yarımfinal və final oyunlarını keçirmək uğrunda mübarizədə yeganə rəqibindən xilas ola bilər.
Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Almaniya ərizəsini geri götürməyə hazırlaşır.
2020-ci ildə keçiriləcək turnir bütün Avropa üzrə 13 ölkədə baş tutmalıdır. Yarımfinal və final oyunlarının keçirilməsi uğrunda mübarizəyə isə ancaq 2 şəhər – London və Münhen qoşulub. İndi isə Almaniya ərizəsini geri götürmək üzərində düşünür. Almanlar bu addımı Avro-2024-cü keçirmək şansını qorumaq üçün atmaq niyyətindədirlər.
Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbax informasiyanı təsdiq edib: “Amma hələlik qərar qəbul olunmayıb. Bizim İngiltərə Futbol Assosiasiyası ilə gözəl münasibətlərimiz var. Biz onlara necə kömək etmək üzərində düşünürük”.
Qeyd edək ki, Nirsbax bundan əvvəl Almaniyanın Avro-2024 uğrunda mübarizədə iştirak edəcəyini təsdiqləyib. Almaniyanın ən ciddi rəqibi Türkiyə olacaq.
Oxşar yazılar

"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31
Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar
26 iyul 2025 , 00:14