Çempionlar Liqasının finalında Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund) komandaları arasındakı oyunu türkiyəli hakim Güneyt Çakırın idarə edəcəyi gözlənilir.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, FİFA yarımfinal oyunlarında Güneyt Çakırı hakim təyin etmədiyi üçün final oyununda məhz onun meydana çıxması ehtimalı böyükdür.