Azərbaycan ilk Avropa Oyunlarında 19-cu qızıl medalını qazanıb. Lent.az-ın məlumatına görə, boks yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Albert Səlimov gərgin keçən final qarşılaşmasında fransalı Sofian Umianı məğlub edərək qızıl medala sahib olub.
Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.
Bu, boksçularımızın 4-cü qızıl medalıdır.