Akinfeyevə xəsarət yetirən azarkeş təslim oldu
29 mart 2015 16:45 (UTC +04:00)

Akinfeyevə xəsarət yetirən azarkeş təslim oldu

AVRO - 2016-nın seçmə mərhələsinin V turunun Çernoqoriya – Rusiya matçında xuliqanlıq edən azarkeş saxlanılıb. Lent.az-ın Xarici KİV-lərə istinadən məlumatına görə, oyunun ilk dəqiqəsində qonaqların qapıçı İqor Akinfeyevə fakellə xəsarət yetirən yerli fanat Luka Lazareviç polisə özü təslim olub.


Onun barəsində cinayət işi açılıb. Azarkeş bu hərəkətinə görə peşman olduğunu bildirib. O, qapıçıdan və Rusiyadan üzr istəyib.


Qeyd edək ki, Monteneqro – Rusiya görüşünün start fitindən dərhal sonra qapı arxası tribunadan atılan fakel qonaq komandanın qolkiperi İqor Akinfeyevin başına dəyib. Bu da qarşılaşmanın 30 dəqiqə dayandırılmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar