Afrikadan Bakıya rəqib çıxdı
04 iyun 2013 17:34 (UTC +04:00)

Afrikadan Bakıya rəqib çıxdı

CAR Yay Olimpiya Oyunlarını təşkil edən ilk Afrika ölkəsi olmağı hədəfləyib. Lent.az-ın məlumatına görə, ölkə prezidenti Ceykob Zuma 2024-cü il olimpiadasını keçirmək ideyasını dəstəkləyib.

 

Zuma deyib: “Artıq 2010-cu ildə futbol üzrə dünya çempionatı təşkil edən ilk Afrika ölkəsi olmuşuq. Gələcəkdə olimpiada keçirmək imkanımız yaransa, sevə-sevə təşkil edəcəyik. Ölkəmiz bunun üçün bütün lazımi şəraitə malikdir. 1994-cü ildə aparteid sisteminin ləğvindən sonra CAR bir çox idman turnirinin ev sahibi olub”.

 

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına ərizə qəbulu 2015-ci ildə başlanacaq. Qalib şəhər isə 2017-ci ildə açıqlanacaq. Bakı şəhərinin 2016 və 2020-ci il olimpiadalarına namizədliyi irəli sürülsə də, final mərhələsinə keçə bilməyib. Paytaxtımızın 2024-cü il olimpiadasına da namizədliyini verəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818
avatar

Oxşar yazılar