AFFA Ermənistana etiraz etdi
27 mart 2014 16:18 (UTC +04:00)

AFFA Ermənistana etiraz etdi

AFFA Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan Futbol Federasiyasının (EFF) təşkilatçılığı ilə məşqçi kursunun keçirilməsi ilə bağlı qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib. Lent.az-ın xəbərinə görə, UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrini bu barədə məlumatlandırmaqla, EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib.

E.Məmmədov EFF-nin baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.

Qeyd edək ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803

Oxşar yazılar