AFFA “Turan”ın 6 xalını sildi
20 iyun 2013 14:39 (UTC +04:00)

AFFA “Turan”ın 6 xalını sildi

Tovuzun “Turan” komandası 2013-2014-cü il mövsümündə futbol üzrə Azərbaycan çempionatının I divizionuna -6 xalla başlayacaq. Lent.az-ın məlumatına görə, bu barədə FİFA-nın müraciəti əsasında AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb.

 

Sabiq baş məşqçi Naci Şensoy “Turan”la müqaviləsinin şərtlərinə klub tərəfindən əməl edilmədiyi üçün FİFA-ya müraciət edib. FİFA-nın İntizam Komitəsi 1 mart 2013-cü il tarixli iclasında növbəti mövsümdən “Turan”ın aktivindən 6 xal silinməsi barədə qərar qəbul edib. AFFA İK bunları nəzərə alaraq 2013/2014 mövsümündə I divizionda çıxış edəcək “Turan”ın aktivindən 6 xal silib.

 

 

# 866
avatar

Oxşar yazılar