AFFA “Neftçi” və “Qarabağ”ı cərimələdi
01 dekabr 2015 15:48 (UTC +04:00)

AFFA “Neftçi” və “Qarabağ”ı cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XIV turunda yaşanan xoşagəlməz hallar müzakirə olunub.
 
Komitə üzvləri müvafiq qərarlar verərək, 5 klubu cəzalandırıb. Bu komandalar 3400 manat cərimə ödəyəcək.
 
“Xəzər Lənkəran”ın futbolçusu Elşən Rzazadə “Zirə” ilə oyunda ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı üçün 1 matçlıq dikvalifikasiya edilib. O, komandasını 200 manat xərcə salıb. “Zirə”nin legioneri Nelson Bonillanın da cəzası eyni olub.
 
“Neftçi” ilə oyunun fasiləsi zamanı “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur.
 
Bu görüşdə 5 futbolçusu sarı vərəqə alan “Neftçi” 1000 manat cərimələnib. “Qəbələ” ilə qarşılaşmada 5 oyunçusuna xəbərdarlıq edilən “Rəvan” da eyni məbləği ödəyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar