AFFA-dan 500 min avro istəyən futbolçu İspaniya çempionatında
07 sentyabr 2014 09:49 (UTC +04:00)

AFFA-dan 500 min avro istəyən futbolçu İspaniya çempionatında

 

Anası azərbaycanlı, atası toqolu olan futbolçu Eddi İsrafilov özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, "Mursiya"nın sabiq yarımmüdafiəçisi bundan sonar La Liqa təmsilçisində top qovacaq.

 

Ötən il Azərbaycan milli komandasının təlim-məşq toplanışına çağırılan, dəvəti öncə qəbul edib, sonradan fikrini dəyişən Eddi bundan sonra “Qranada”nın formasını geyinəcək. İsrafilov yeni klubu ilə ilkin razılığa gəlib.

 

Əgər Eddinin "Qranada"kı çıxışı uğurlu alınsa, onunla komanda mövsümün sonunda 5 illik müqavilə imzalayacaq.

 

Qeyd edə ki, AFFA Eddiyə Azərbaycan yığmasında yoxlanış üçün ötən il mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət göndərmişdi. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirmişdi O, bununla əlaqədar yığmamızın Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməmişdi.

 

Daha sonra AFFA İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirsə də, onlar yarımmüdafiəçinin İspaniya milli komandasına dəvət almaq ehtimalının olduğunu əsas gətirərək, Azərbaycan yığmasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib. Lakin AFFA-da legionerin təklifini qəbul etməmişdi. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1610
avatar

Oxşar yazılar