Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Dik Advokat Hollandiyanın PSV klubunu tərk edib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 65 yaşlı mütəxəssis müqaviləni uzatmaqdan imtina edib.
Komandanın sükanı arxasına Advokatın köməkçisi və Hollandiya millisinin keçmiş yarımmüdafiəçisi Filipp Koku keçib. Yeni baş məşqçi ilə 4 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, bu mövsüm PSV Hollandiya çempionatında gümüş medal və ölkə Superkubokunu qazanıb. Dik Advokatın milli komandalardan birində çalışmaq istədiyi bildirilir.