Bu gün AVRO-2016-da ikinci finalçı bəlli olacaq. Apasport.az saytının məlumatına görə, Almaniya ilə Fransa milliləri qarşılaşacaqlar. Çempionatın əsas favoritlərindən hesab olunan rəqiblərin yarımfinalda qarşılaşması futbol ictimayyəti arasında bu oyunun erkən final kimi xarakterizə olunmasına səbəb olub. Ötən mərhələdə İslandiyanı asanlıqla məğlub edən meydan sahibləri turnir ərzində ilk ciddi sınaqlarına çıxacaqlar. Almaniya yığması 1/4 finalda güclü İtaliyaya qalib gələrək iddiasını ortaya qoyub. Didye Deşamı sevindirən məqam futbolçuların oyundan-oyuna əla forma yığması, həmçinin zədəli və cəzalı futbolçuların olmamasıdır.
Amma onun həmkarı Yoahim Löv bu qədər rahat deyil. Çünki Bundestimin heyətlə bağlı kifayət qədər problemi var. Müdafiəçi Mats Hummels cəza, yarımmüdafiəçi Sami Kedira və hücumçu Mario Qomes isə zədə ucbatından meydana çıxmayacaq. İstənilən halda, azarkeşlər Fransa – Almaniya matçının timsalında növbəti “erkən final” izləyəcəklər.
Avropa çempionatı
Yarımfinal mərhələsi
7 iyul
23:00. Almaniya - Fransa
Baş hakim: Nikola Ritsoli
Marsel. “Velodrom” stadionu