Mayın 27-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxı ilə 28 may, saat 07:00) San-Fransisko şəhərindəki "Candlestick Park" stadionunda ABŞ və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun canlı yayımlanması ilə əlaqədar AFFA-nın elan etdiyi tenderin nəticəsi müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tenderin televiziya kanalları arasında keçirilməsinə baxmayaraq, müxtəlif şirkətlər yayımın sponsoru olmaq üçün müraciət ediblər.
Tenderin qalibi Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti olub. ABŞ - Azərbaycan oyununun ölkəmizdə televiziya yayımının baş sponsoru olan “Bakcell”in istəyinə uyğun olaraq, qarşılaşma “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq.