Növbəti mövsüm üçün transfer çalışmalarına başlayan “Xəzər Lənkəran” heyətə daha bir futbolçu qatmağa yaxındı. Apasport.az saytının xəbərinə görə, AZAL-dan braziliyalı hücumçu Junior Nildo ilə anlaşan “ağ-yaşıllar” bu dəfə millimizin üzvü ilə müqavilə bağlamağa hazırlaşırlar.
Belə ki, cənub təmsilçisi “Simurq”un kapitanı Rasim Ramaldanovla danışıqlar aparır. Çox güman yaxın günlərdə Zaqatala təmsilçisinin müdafiəçisi “Xəzər Lənkəran”da peyda olacaq.