"Vikipedia"dan Azərbaycana qarşı "Atletiko" təxribatı
21 avqust 2014 16:35 (UTC +04:00)

"Vikipedia"dan Azərbaycana qarşı "Atletiko" təxribatı

İspaniyanın "Atletiko" klubu barədə "Vikipedia"nın rus versiyasında Azərbaycana qarşı təxribata yol verilib. Sportnet.az-ın məlumatına görə, "sponsor" bölməsində Azərbaycan bayrağının qarşısında erməni dilində sözlər yazılıb. 

Daha dəqiqi, Madrid komandasının formasındakı "Azerbaijan Land of Fire" ("Odlar Yurdu Azərbaycan") ifadəsi nə ingiliscə, nə azərbaycanca, nə də rusca göstərilib. Əvəzində latın şriftləri ilə "Azerbaijan vochxarmeri yerkir" ifadəsi əksini tapıb. Bu isə ermənicədən tərcümədə Azərbaycan haqqında təhqiramiz sözlərdir.

Qeyd edək ki, "Vikipedia"nın rus bölməsi ermənilər tərəfindən idarə olunur. Bu bölmədə dəfələrlə Azərbaycanla bağlı aşağılayıcı məlumatlar yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2267
avatar

Oxşar yazılar