"Simurq" "Xəzər Lənkəran"a, "İnter" liderə qarşı
24 avqust 2014 06:42 (UTC +04:00)

"Simurq" "Xəzər Lənkəran"a, "İnter" liderə qarşı

Lent.az-ın Qol.Az-a  istinadən xəbərinə görə, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.

 

Günün ilk qarşılaşması Zaqatalada baş tutacaq. Burada "Simurq" və "Xəzər Lənkəran" komandaları üz-üzə gələcək. Oyun saat 19:00-da başlayacq.

 

Digər oyunda isə "İnter" və "Sumqayıt" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. "İnter" klubu bu görüşdə qələbə qazanacağı təqdirdə vahid liderliyə yüksələcək. Hazırda lider mövqedə qərarlaşan Sumqayıt təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir. "İnter Arena"da keçiriləcəl oyun saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları ilə əlaqədar "Qarabağ" və "Neftçi" klublarının Premyer Liqanın III turundakı görüşləri təxirə salınıb.

 

24 avqust (bazar)

Azərbaycan Premyer Liqası, III tur

 

19:00.“Simurq” – “Xəzər Lənkəran”

Zaqatala şəhər stadionu.

 

21:00.“İnter” – “Sumqayıt”

 “İnter Arena” stadionu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816
avatar

Oxşar yazılar