"Real"ın və Braziliya millisinin sabiq hücumçusu Julio Baptista karyerasını MLS təmsilçisi "Orlando Siti"də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə ABŞ klubu xəbər yayıb. Müqavilənin müddəti barədə heç bir məlumat verilməyib.
Karyerası ərzində "Real", "Sevilya", "Roma", "Malaqa" kimi klubların şərəfini qorumuş 34 yaşlı futbolçunun son klubu "Kruzeyro" olub.
Baptista "Orlando Siti"də yeganə braziliyalı olmayacaq. Belə ki, hazırda Braziliya millisinin üzvü Kaka və Pedro Ribeyro da ABŞ təmsilçisinin şərəfini qoruyur.