“Real” “Tottenhem”in yarımmüdafiəçisi Qaret Beylin transferini həll edib. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Uels milli komandasının üzvü üçün London klubuna 90 milyon avro ödəyib.
Bu haqda FİFA-nın məşhur agenti Fransua Qallardo İspaniya mətbuatına açıqlamasında bildirib.
O vurğulayıb ki, “Real” Beylin keçidini komandaya yeni baş məşqçi gəldikdən sonra elan edəcək: “Transfer artıq bu həftə bağlanmışdı. “Real” 90 milyon avro ödəyib, Beyli əldə etdi. Bu haqda hələ ki rəsmən elan edilməyib. Çünki “Real” yeni baş məşqçisini gözləmək istəyir. Sizi inandırıram, Beyl madridlilərin oyunçusudur”.
"Real" Beylə 90 milyon ödədi
1208