"Qarabağ"ın rəqibindən darmadağın
14 sentyabr 2014 22:28 (UTC +04:00)

"Qarabağ"ın rəqibindən darmadağın

UEFA Avropa Liqasının qrup mərhələsində yeganə təmsilçimiz olan Ağdamın "Qarabağ" klubunun rəqiblərindən olan Milanın "İnter" klubu İtaliya çempionatında ikinci oyununu keçirib. Lent.az-ın məlumatına görə, öz meydanında "Sassualo"nu qəbul edən komanda rəqibini 7 qolla darmadağın edib. Qollardan 3-nü İkardi, ikisini isə Pablo Osvaldo vurub. Digər iki qolu isə Kovaçiç və Quarin qonaq komandanın qapısından keçirib.

 

Qeyd edək ki, "Qarabağ"ın digər rəqibləri olan Fransanın "Sent Etyen" və Ukraynanın "Dnepr" klubları dünən öz çempionatlarında qələbə qazanıblar. Ağdam təmsilçisi isə AZAL-ı 3 cavabsız qolla yenib. Təmsilçimiz qrup mərhələsində ilk oyununu sentyabrın 18-də Bakıda "Sent Etyen"ə qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066
avatar

Oxşar yazılar