Fransa çempionatında V turun görüşləri başlayıb. Apasport.az saytının məlumatına görə, tur Liondakı oyunla start götürüb.
Belə ki, 4 matçdan 3 xal toplayan və turnir cədvəlinin sonlarında – XVII pilləsində yer alan “Lion” evdə çətin sınaq qarşısına çıxıb. Baş məşqçi Huber Furnenin yetirmələri “Monako”nu qəbul edib və qələbə qazanıb. “Lion” bu qələbə sayəsində XIII pilləyə yüksəlib.
PSJ “Renn”lə oyunda, “Bastiya” “Lans”la qarşılaşmada xal itirib – 1:1.
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan “Sent-Etyen” bu dəfə qələbəyə sevinib. Ötən tur səfərdə PSJ-yə darmadağın olan (0:5) Kristof Qaltyenin komandası evdə minimal üstünlüklə qələbə qazanıb. Görüşdə vurulan yeganə qola qonaqların futbolçusu Jean-Jakues Pierre (74) imza atıb.
Bu qələbədən sonar “Sent-Etyen” xalını 10-a çıxarıb və lider “Bordo”ya çatıb.
Beləliklə, sentyabrın 18-də "Qarabağ"ın qonağı olacaq "Sent-Etyen" Bakıya əhval-ruhiyyə ilə gəlir.
Qeyd edək ki, Fransa çempionatında V tura sentyabrın 14-də yekun vurulacaq.
Fransa çempionatı
V tur
13 sentyabr
“Renn” – PSJ - 1:1
Qol: Doukoure, 55 - Kamara, 43
“Bastiya” – “Lans” - 1:1
Qol: Qillet, 54 – Kavarria, 41
“Monpelye” – “Loryan” - 1:0
Qol: Kone, 44-avtoqol
“Nitsa” – “Mets” - 1:0
Qol: Bosetti, 90+5
“Reyms” – “Tuluza” - 2:0
Qollar: NQoq, 13, Kourtet, 87
“Sent-Etyen” – “Kan” - 1:0
Qol: Pierre, 74-avtoqol
14 sentyabr
17:00. “Lill” – “Nant”
20:00. “Genqam” – “Bordo”
00:00. “Evian” – “Marsel”
12 sentyabr
“Lion” – “Monako” – 2:1
Qollar: Fekir, 30; Tolisso, 73 – Okampos, 39