"Qarabağ"ın qələbəsi Bakıda möhtəşəm qeyd edildi
02 oktyabr 2015 02:11 (UTC +04:00)

"Qarabağ"ın qələbəsi Bakıda möhtəşəm qeyd edildi

0

Azərbaycan çempionu "Qarabağ"ın  Avropa Liqasının qrup mərhələsində 2-ci oyununda Belçikanın  "Anderlext" klubuna qalib gəlməsi azarkeşlərə sevincli anlar yaşadıb. APA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun bitən kimi azarkeşlər Azadlıq meydanına doğru yürüş keçiriblər.  Meydana toplaşan "Qarabağ"lı fanatlar qələbə şüarları səsləndiriblər.

 

"Qarabağ" klubunun fanatlarından Müşfiq Məmmədovun sözlərinə görə, klubları bu dəfə də onların ümidlərini doğruldub: "Çox gözəl oyun oldu. Başda Qurban Qurbanov olmaqla bütün "Qarabağ" heyətinə öz təşəkkürümüzü bildiririk. Bu qələbənin davamını gözləyirik. O gün olsun klubumuzun qələbəsini Qarabağımızda qeyd edək".

 

"İmarət" azarkeşlər klubunun idarə heyətinin üzvi Elnur Quliyev isə "Qarabağ"ın qələbəsi münasibəti ilə xalqımızı təbrik edib: "Qələbəmiz münasibəti ilə üstü açıq avtobuslarla qələbəmizi şəhər turuna çıxmaqla qeyd etdik. Bundan sonrakı oyunlarda da komandamıza dəstək olaraq qələbə yürüşləri keçirəcəyik. İnşallah Qarabağımız azad olunsun bu qələbə yürüşünü Ağdamda, Şuşada keçirəcəyik".

 

Qeyd edək ki, "Qarabağ" azarkeşlərinin keçirdiyi qələbə yürüşü iki saata yaxın davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar