"Qarabağ"ın məşqçisi Fransaya kəşfiyyata gedib
14 sentyabr 2014 13:19 (UTC +04:00)

"Qarabağ"ın məşqçisi Fransaya kəşfiyyata gedib

Fransa çempionatının dünən keçirilən “Sent Etyen” – “Kan” matçını (1:0)canlı izləyənlər arasında “Qarabağ”ın əvəzedici heyətinin baş məşqçisi Borçe Xrisov da olub.

Lent.az-ın məlumatına görə, Ağdam klubunun mətbuat xidmətindən qol.az-a bildirilib ki, bolqarıstanlı mütəxəssis baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə həmin matça gedərək Avroliqanın qrup mərhələsindəki rəqibləri ilə bağlı qeydlər aparıb.

Xatırladaq ki, “Qarabağ”la “Sent Etyen” arasında ilk oyun sentyabrın 18-də Bakıda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887
avatar

Oxşar yazılar