"Qarabağ"ın heyətində ciddi itki baş verib. Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Ağdam klubunun futbolçusu Çumbinyo Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə matçın ilk hissəsinə əlavə olunmuş dəqiqədə zədələnib.
Dizindən problem yaşayan braziliyalı oyunçu meydanı yarımçıq tərk etmək məcburiyyətində qalıb. Zədəsinin ciddi olduğunu görən baş məşqçi Qurban Qurbanov onu ikinci hissənin əvvəlində Vüqar Nadirovla əvəzləyib.
Çumbinyonun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra bəlli olacaq.