"Qarabağ"ın 9 futbolçusu milli komandalara dəvət alıb
22 mart 2015 14:18 (UTC +04:00)

"Qarabağ"ın 9 futbolçusu milli komandalara dəvət alıb

 

“Avro-2016”nın seçmə mərhələsinin bu ay keçiriləcək oyunlarına “Qarabağ”dan doqquz futbolçu dəvət alıb.

 

Lent.az-ın “qol.az”a istinadən xəbərinə görə, bu, Azərbaycan klubları arasında rekord göstəricidir.

 

Ağdam təmsilçinin 7 oyunçusu Azərbaycan, 1 futbolçusu Albaniya, 1 futbolçusu isə Bosniya və Hersoqovina millisinə dəvət alıb.

 

Azərbaycan millsinə Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedyev, Qara Qarayev, Cavid Tağıyev, Namiq Ələsgərov və Vüqar Nadirov, Albaniya millisinə Ansi Aqolli, Bosniya millisinə isə qapıçı İbrahim Şehiç dəvət alıb.

 

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem isə bu dəfə Makedoniya millisinə çağırılmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar