“Hart” klubunun hücumçusu Kayl Lafferti karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “Qarabağ” 31 yaşlı forvardın xidmətində maraqlıdı.
Bildirilir ki, Ağdam təmsilçisi Şimali İrlandiya millisinin üzvünün keçidi üçün şotlandlara yeni təklif göndərməyə hazırlaşır. Lakin Azərbaycan çempionu bu yarışda tək deyil. Belə ki, “Reyncers” və “Seul” da tanınmış oyunçunun keçidində maraqlıdı.
“Reyncers”in baş məşqçisi Stiven Cerrard onu komandasına görmək niyyətindədi. Ancaq qlazqoluların 200 min funt-sterlinqlik təklifini “Hart” qəbul etməyib. Klub müqaviləsi gələn ilin yayına qədər olan oyunçunun transfer qiymətinin 750 min funt-sterlinq olduğunu açıqlayıb. Hələlik “Reyncers”, “Qarabağ” və “Seul” arasında yarışın davam etdiyi, Laffertinin bu 3 komandadan birinə keçidinin gözlənildiyi vurğulanıb.
Qeyd edək ki, ötən ildən “Hart”ın şərəfini qoruyan Kayl Lafferi 2006-cı ildən Şimali İrlandiya millisinə çağırılır.