"Qan tokülən zaman futbol başa çatır" - "Fənərbaxça"
05 aprel 2015 14:51 (UTC +04:00)

"Qan tokülən zaman futbol başa çatır" - "Fənərbaxça"

“Fənərbaxça” futbol klubunun avtobusunun atəşə tutulması Türkiyə çempionatında fasilə yarada bilər. Lent.az-ın məlumatına görə, klub rəhbərliyi insidentin dərindən araşdırılmasını tələb edib. Artıq Türkiyə çempionatının bir neçə klubu “Fənərbaxça”nın təklifini dəstəkləyib.

 

“Biz belə düşünürük ki, hücumun səbəbləri tam şəkildə aydın olmayana qədər milli çempionatın dayandırılması qaçılmazdır. Qan tökülən zaman futbol başa çatır. Günahkarların tapılması və cəzalandırılması “Fənərbaxça” üçün ən vacib tapşırıqdır”- deyə klub rəhbərliyinin bəyanatında deyilir.

 

”Fənərbaxça” futbolçularının olduğu avtobus silahlı hücuma “Rizespor”la matçdan sonra məruz qalıb. İnsident Trabzon aeroportuna gedən yolda baş verib. Naməlum şəxslər avtobusu atəşə tutub və daşlar atıb, sonra isə gizləniblər. Nəticədə avtobusun sürücüsü sifətindən yaralanaraq xəstəxanaya aparılıb. Futbolçular və məşqçi heyət zərər çəkməyib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu artıq insidenti müzakirə ediblər. Prezident baş verən hadisə ilə bağlı tam məlumatlandıırılıb və Trabzon rəhbərliyi ilə danışıb. Ə. Davudoğlu günahkarların tapılması istiqamətində əməliyyatın davam etdiyini deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar