Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”la qarşılacaq “Arsenal” klubu ciddi itkilərlə üzləşib. Lent.az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının son turunda “Tottenhem”lə oyunda komandanın iki aparıcı üzvü - Mikel Arteta və Aron Remsi zədələnərək meydanı oyun başa çatmamış tərk etməli olub.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Arsen Venger bildirib ki, hər iki futbolçu “Qalatasaray”la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Arsenal” – “Qalatasatay” matçı oktyabrın 1-də keçiriləcək.
"Qalatasaray"la oyundan əvvəl "Arsenal" 2 əsas futbolçusunu itirdi
1201