"Qalatasaray"ın zədəli futbolçusu Yason Denayerin son durumu müəyyənləşib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, sağ ayaq əzələsi dartılan belçikalı oyunçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Onun müalicəsinə başlanılıb.
Qeyd edək ki, Y.Denayer Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Atletiko"ya (Madrid) qarşı matçda zədələnib.