Türkiyənin “Qalatasaray” klubu bir il müddətinə Avropa kuboklarında iştirak hüququna qadağa qoyub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb klubun maliyyə "Fair Play"inin tələblərini pozmasıdır. "Sarı-qırmızılar" bu il avrokuboklara vəsiqə qazanmasa, cəza bu hüququn qazanılacağı mövsümə şamil olunacaq.
Qeyd edək ki, bir müddət öncə tərəflər arasında bu məsələylə bağlı danışıqlar aparılıb. "Qalatasaray"a 1+1 illik cəza təklif olunub. Danışıqlardan sonra isə bu cəza verilib.