Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları
15 iyun 2013 20:49 (UTC +04:00)

Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları

Bu gün Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə yerləşən Velosiped parkında Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları keçirilib.

 

Federasiyadan APA-ya verilən məlumata görə, tədbirə 500 nəfərdən çox velosipedçi qatılıb.

 

Əvvəlcə 7-12 yaş arası uşaqlar arasında vaxtla fərdi ötüşmə keçirilib. Sonra həvəskar qızlardan ibarət dəstə qrup ötüşməsinə qatılıb. Daha sonra həvəskar velosipedçilər arasında fərdi ötüşmə ilə bayk (mountain bike) və şose yarışması da keçirilib. Bundan sonra 15 yaşlı uşaqlar (U15), gənclər (U17) və elit qruplar (U23) yarışa qatılıblar. U15 qrupuna daxil olan idmançılar 5,5 km, gənclər qrupu 15,5 km, elit qrup isə 29,6 km məsafə qət edib.

 

Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514
avatar

Oxşar yazılar