"Messinin baş məşqçisi olmaq istəyirəm" - Mançini
08 mart 2017 18:54 (UTC +04:00)

"Messinin baş məşqçisi olmaq istəyirəm" - Mançini

İtaliyalı baş məşqçi Roberto Mançini ən böyük arzusunun Lionel Messini çalışdırmaq olduğunu söyləyib.

Təcrübəli mütəxəssis Messinin böyük futbolçu olduğunu bildirib:

“Hazırda Messi dünyanın ən yaxşı futbolçusudur. Ümid edirəm ki, bir gün onun oynadığı bir komandanı çalışdırıb, baş məşqçisi olaram”.

52 yaşlı çalışdırıcı Argentina futbolu haqda da qısaca danışıb.

Mançini “İnter”də çıxış edən Mauro İkardi və “Yuventus”un forvardı Paulo Dibalaya təriflər yağdırıb. Argentinada son zamanlar istedadlı məşqçilərin olduğunu vurğulayan mütəxəssis “River Pleyt”in çalışdırıcı olan Marselo Qallardonun parlaq gələcəyə sahib olduğunu bildirib.

Qeyd edək ki, Roberto Mançinin son iş yeri İtaliya “İnter”i olub. (qafqazinfo)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar