İngiltərənin "Mançester Siti" klubu Dortmund "Borussiya"sı ilə türk əsilli yarımmüdafiəçi İlkay Gündoğanın transferinə dair razılığa gəlib. Report xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.
Məlumata görə, "Siti"nin yeni baş məşqçisi Pep Qvardiola iyunun 10-dək yay transferlərini yekunlaşdırmağı tələb edib və siyahıda birinci məhz Gündoğan olub. "Şəhərlilər" xavbekə görə alman klubuna 25 mln. funt ödəyəcəklər.
Həmçinin "Yuventus"un fransalı xavbeki Pol Poqbanın transferinə dair danışıqlara başlanılıb.