"Fənərbaxça" klubunun Ankaradakı ofisi naməlum şəxslərin hücumuna məruz qalıb.
APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qapı və pəncərələri sındıraraq içəri daxil olan şəxslər kompüterlər və digər ofis texnikasını sıradan çıxarıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, bundan əvvəl "Fənərbaxça" klubunun avtobusu odlu silahdan atəşə tutulmuşdu.