Sonuncu Türkiyənin çempionu Fənərbaxça 2 legioner futbolçu ilə yollarını ayırıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Komandanın baş məşçisi Ərsul Yanal göstərişi ilə Samuel Holmen və Kristian Baronin satışa çıxarılıb.
Samuel Holmenin keçmiş komandası Başakşəhir(İstanbul Böyükşəhər Bələdiyyəspor) komandası ilə anlaşdığı bildirilir. İsveçli legioner Holman əvvəllər də baş məşqçisi olan Abdulla Avçı ilə yenidən çalışmaq istəyib.
Digər legioner Baroninlə isə Sivasspor və Bursasporun maraqlandığı bildirilib.