Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla “1461 Trabzon" klubunun rəsmisi arasında əlbəyaxa dava olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Səbihə Gökçən hava limanında qarşılaşmada baş verib. “1461 Trabzon” rəsmisinin Əziz Yıldırıma “Vicdanınız rahatdımı, oyun alqı-satqısını yadınızdan çıxartmamısız” deməsindən qəzəblənən klub prezidenti hirsini cilovlaya bilməyib. Nəticədə tərəflər arasında əlbəyaxa dava düşüb.
Ətraflardakıların davaya qarışmasından sonra tərəfləri aralayıblar.