<span style="color:red;">Nazir:  “2016-cı ildə şahmat Olimpiadasında da ermənilərin iştirakını gözləyirik”
11 iyun 2015 16:56 (UTC +04:00)

Nazir: “2016-cı ildə şahmat Olimpiadasında da ermənilərin iştirakını gözləyirik”

“Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi ilk dəfə deyil. Torpaqlarımız işğal olunub, diplomatik əlaqələr kəsilib, ancaq bundan əvvəl də Azərbaycanda keçirilən idman yarışlarında erməni idmançılar iştirak ediblər”. 

 
APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Rusiyanın “Komsomolskya pravda” qəzetinin Ermənistan idmançılarının dəvət olunması ilə bağlı qərarın necə qəbul edildiyi barədə sualına cavab verərkən deyib. 
 
Nazir bildirib ki, Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətinə 25 nəfər daxildir: “Ermənistan nümayəndə heyətləri daha əvvəl ölkəmizdə mədəniyyət və digər sahələrdə keçirilən tədbirlərə qatılıblar. Nümayəndə heyətləri beynəlxalq tədbirlərdə iştirak etməlidirlər. İdman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format işlənərək hazırlanıb. Əvvəllər nümayəndə göndərirdik, gedib iştirakla bağlı vəziyyəti öyrənirdi. İndi isə biz qarşılıqlı olaraq təhlükəsizliyin təminatına dair məktub veririk. Bu, kifayət edir”. 
 
A. Rəhimov 2016-cı ildə Azərbaycanda şahmat Olimpiadasının keçiriləcəyini söyləyib: “Şahmat Olimpiadasında da ermənilərin iştirakını gözləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar