![İNANILMAZ: [b] ulduz futbolçu bir sutkaya 78 milyon dollar qazandırdı[/b] - ŞƏRH](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
İNANILMAZ: [b] ulduz futbolçu bir sutkaya 78 milyon dollar qazandırdı[/b] - ŞƏRH
Məlumat elə mənbələrdən gəlirdi ki, bunun şayiə olmadığı çoxlarına artıq aydın idi. Klublar bu barədə rəsmi açıqlama vermirdi. Deyilirdi ki, “los blancos” və “qoca sinyora” müqavilədə son detallar üzərində çalışırlar.
Turin klubunun səhmlərinin inamlı artışı bu keçidin mütləq baş tutacağına işarə idi. Amma yenə də şübhələr qalırdı. Çünki rəsmi heç nə yox idi.
Son detallar üzərində çalışırdılar, amma müqavilənin yox. Marketinq və satış “game plan”ı üzərində iş gedirdi. Çünki bu müstəvidə oyunçunun keçidi zamanı kiçik səhv milyonlarla dollar dəyərində itirilmiş (əldə edilməmiş) gəlirlə nəticələnə bilər.
Nəticədə rəsmi elan gəldi. Əvvəlcə “Real” bunu ispanca təsdiqlədi. Sonra “Yuventus” həm italyan, həm də ingilis dilində rəsmi saytında yaydı... Və elə həmin səhifədə əfsanəvi 7 nömrəli formanı satışa çıxardı. Yalnız ilk 24 saat ərzində 520 min forma satıldı. Müqayisə üçün deyək ki, Kriştianu Ronaldonun “Real”dakı ilk ilində 1 milyon forma satılmışdı. Burda isə 24 saat ərzində həmin illik göstərinicinin yarısı... Yəni 24 saata 78 milyon dollarlıq satış. Siz satış, anbar, loqistika əməkdaşlarının iş yükünü təsəvvür edirsiniz?
Keçək indi CR7 effektinin sosial media hissəsinə. Keçid elan ediləndən sonra ilk 24 saat ərzində “Real”ın “twitter” hesabı 31 milyon 970 min izləyicidən 30 milyon 600 minə düşdü. 1 sutkada mənfi 1 milyon 370 min izləyici.
“Yuventus”un “instagram”, “twitter” və “facebook” hesabları ilk 24 saat ərzində müvafiq olaraq 1,4; 1,1 milyon və 500 min izləyici əldə etdi. “Qoca sinyora”nın “facebook” izləyicilərinin gündəlik artımı təxminən 50 mindi. Ronaldonun gəlişi rəsmiləşən gündə bu rəqəm 10 dəfə daha çox olub.
Bu, adi transfer deyildi. Bu transfer uzun müddət planlaşdırılan bir biznes əməliyyatı idi. Hər şeyi “Yuventus”un rəhbərliyi düzüb qoşdu. “Real” isə sadəcə müasir futbolun göz önündə baş verən ən nümunəvi marketinq “case”ini müşahidə etdi.
Zəruri qeyd: Yazı Vüqar Salamlının feysbuk səhifəsindən götürülüb
Oxşar yazılar

"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33
Dünyanın ən seksual voleybolçusu – Açıq-saçıq çimərlik geyimində
4 iyul 2025 , 19:59
"Borussiya"nın futbolçusu sərxoş videosuna görə komandadan uzaqlaşdırıldı
4 iyul 2025 , 18:41
Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43