<span style="color:red;">İddiaçılar Turniri:  Şəhriyar Məmmədyarov Levon Aronyana uduzdu - <span style="color:red;">ŞƏRH
14 mart 2014 17:11 (UTC +04:00)

İddiaçılar Turniri: Şəhriyar Məmmədyarov Levon Aronyana uduzdu - ŞƏRH

Rusiyanın Xantı-Mansiysk şəhərindəki İddiaçılar Turnirində mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib. Lent.az-ın məlumatına görə, Məmmədyarov qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb.

 

Artıq 12-ci gedişdə şahmatçımız kobud səhvə yol verib: Aronyan onun atını fillə vurub. Şahmatçımız isə fili piyada ilə vurmaq imkanına malik olduğu halda, bu işi vəzirinin vasitəsilə yerinə yetirib. Bununla da rəqibin Məmmədyarovun vəzirinə hücumu başlanıb və yekunda təmsilçimiz əhəmiyyətli fiqurunu Aronyanın topu ilə dəyişmək zorunda qalıb. Beləliklə, qüvvələr nisbətində zəifləyən Məmmədyarov 33-cü gedişdən sonra təslim olub – 0:1. Bununla da Aronyan ilk qələbəsinə nail olub. 2 görüşdən 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılan şahmatçımızın isə 0,5 xalı var.

 

Digər görüşlərdə Peter Svidler (Rusiya) ağ fiqurlarla Dmitri Andreykini (Rusiya), Vladimir Kramnik (Rusiya) Sergey Karyakini (Rusiya) yenib – 1:0. Veselin Topalov (Bolqarıstan) isə qara fiqurlarla oynayan Vişvanatan Anandla (Hindistan) heç-heçə edib – 0,5:0,5.

 

Qeyd edək ki, 2 turdan sonra Vişvanatan Anand, Peter Svidler və Vladimir Kramnik hərəyə 1,5 xalla turnir cədvəlinə başçılıq edirlər. Levon Aronyan və Veselin Topalov hərəyə 1 xalla 4 - 5-ci, Şəhriyar Məmmədyarov, Dmitri Andreykin və Sergey Karyakin hərəyə 0,5 xalla 6 – 8-ci yerləri bölüşdürürlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Oxşar yazılar