"İkinci Avropa Oyunları ilə bağlı Rusiyadan xahiş olunmayıb" - <span style="color:red;">RƏSMİ
14 noyabr 2015 13:24 (UTC +04:00)

"İkinci Avropa Oyunları ilə bağlı Rusiyadan xahiş olunmayıb" - RƏSMİ

 

Gənclər və İdman Nazirliyi Rusiya mətbuatında Avropa Oyunları ilə bağlı gedən məlumatlarla əlaqədar açıqlama yayıb.

Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açıqlamada deyilir:

“Ötən gün Rusiya kütləvi informasiya vasitələrində Rusiya Federasiyasının idman naziri Vitali Mutkoya istinadən Azərbaycan Hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün Rusiya tərəfinə müraciət etdiyi , lakin Rusiyanın bu oyunları keçirməyəcəyinə dair açıqlaması yer alıb. Vitali Mutkonun Rusiya mediasına etdiyi açıqlamanın media nümayəndələri tərəfindən təhrif olunduğunu düşünərək, daha dəqiq məlumatın əldə edilməsi məqsədi ilə Rusiyanın idman nazirliynə sorğu göndəriləcək.

Qətiyyətlə bildiririk ki, heç bir halda Azərbaycan Hökuməti və ya Gənclər və İdman Nazirliyi  Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə də bu cür xahişlə müraciət etməyib.  

Azərbaycan İlk Avropa oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alınıb.

Azərbaycanın növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə müraciət etməsi üçün heç bir ehtiyac yoxdur. Eyni zamanda bildiririk ki, bu Avropa Olimpiya Komitəsinin və ora daxil olan Milli Olimpiya Komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir.

İkinci Avropa oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olmayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialını və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617
avatar

Oxşar yazılar