DÇ-2018: [b]İkinci yarımfinalın hakimi açıqlandı[/b]
09 iyul 2018 21:34 (UTC +04:00)

DÇ-2018: [b]İkinci yarımfinalın hakimi açıqlandı[/b]

DÇ-2018-in yarımfinal mərhələsinin ikinci matçı – Xorvatiya – İngiltərə qarşılaşmasının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, məsul görüş türkiyəli hakimlər briqadasına həvalə olunub.

 

Matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək. Ona Bahaddin Duran və Tarık Ongun yardım edəcəklər.

 

Qeyd edək ki, yarımfinal görüşü iyulun 11-də saat 22:00-da start götürəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar