Bakı-2015: Daha 13 dəst medal sahibini tapdı
22 iyun 2015 22:52 (UTC +04:00)

Bakı-2015: Daha 13 dəst medal sahibini tapdı

Apasport.az saytının məlumatına görə, 4 idman növü üzrə yarışların mükafatçıları müəyyənləşib.

 

Bunlar atıcılıq, atletika, kamandan oxatma və sambodu. 13 dəst medalın isə 8-i sambo ilə bağlı olub.

 

Azərbaycan Oyunların XI günündə 4 medal qazanıb. Hər 4 mükafatın əyarı gümüş olub. Belə ki, samboçularımız İslam Qasımov, Amil Qasımov, Vasif Səfərbəyov və Nəzakət Xəlilova finalda məğlub olaraq, ikinciliklə kifayətləniblər.  

 

Bu gün qeydə alınan nəticələrdən sonra Azərbaycan yarışda qazandığı medalların sayını 39-a çatdırıb.

 

Bununla I Avropa Oyunlarında ümumilikdə 154 dəst medal öz sahibini tapıb.

 

 

Atıcılıq

 

Komanda - qarışıq

Dairəvi stend

1. İtaliya

2. Kipr

3. Fransa

 

10 metrdən hava tüfəngi ilə atəş

1. İtaliya

2. Danimarka

3. Rusiya

 

10 metrdən hava tapançası ilə atəş

1. Almaniya

2. Yunanıstan

3. Rusiya

 

Atletika

 

1. Slovakiya

2. Avstriya

3. İsrail

 

Kamandan oxatma

 

Kişilər

Fərdi

1. Migel Qarsiya Alvarino (İspaniya)

2. Syef van den Berq (Hollandiya)

3. Anton Prilepov (Belarus)

 

Sambo

 

Kişilər

57 kq

1. Aymergen Atkunov (Rusiya)

2. İslam Qasımov (Azərbaycan)

3. Uladzislau Burdz (Belarus)

3. Vaxtanqi Çidraşvili

 

74 kq

1. Stepan Popov (Belarus)

2. Amil Qasımov (Azərbaycan)

3. Kaxa Mamulaşvili (Gürcüstan)

3. Azamat Sidakov (Rusiya)

 

90 kq

1. Alsim Çernoskulov (Rusiya)

2. Andrey Kazusionak (Belarus)

3. David Karbelaşvili (Gürcüstan)

3. Radvilas Matukas (Litva)

 

+100 kq

1. Artyom Osipenko (Rusiya)

2. Vasif Səfərbəyov (Azərbaycan)

3. Yuri Rıbak (Belarus)

3. Razmik Tonoyan (Ukrayna)

 

Qadınlar

52 kq

1. Anna Xaritonova (Rusiya)

2. Nəzakət Xəlilova (Azərbaycan)

3. Maqdalena Varbanova (Bolqarıstan)

3. Ruta Aksionova (Litva)

 

60 kq

1. Yana Kostenko (Rusiya)

2. Kalina Stefanova (Bolqarıstan)

3. Katsiarina Prakapenka (Belarus)

3. Daniela Hondiu (Rumıniya)

 

64 kq

1. Tatsiana Matsko (Belarus)

2. Olena Sayko (Ukrayna)

3. Sara Loko (Fransa)

4. Anna Şkerbakova (Rusiya)

 

68 kq

1. İvana Yandrik (Serbiya)

2. Volha Namazava (Belarus)

3. Keline Konde (Fransa)

3. Olqa Zaxartsova (Rusiya)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar