<span style="color:red;">Bakı-2015:  Daha bir samboçumuz gümüşlə kifayətləndi
22 iyun 2015 20:33 (UTC +04:00)

Bakı-2015: Daha bir samboçumuz gümüşlə kifayətləndi

74 kq çəki dərəcəsində döşəyə çıxan Azərbaycan samboçusu Amil Qasımov ilk mərhələni azarkeş kimi izləyib.

 

O, 1/4 finalda Tadey Cutuku (Sloveniya) məğlub edən Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İlk görüşünü 10:0 hesabı ilə öndə başa vuran idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə də inamlı çıxış edən Qasımov bu dəfə bolqarıstanlı Martin İvanovdan güclü olub - 4:3.

 

Amil qızıl medal döyüşündə Stepan Popovla (Belarus) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb. Ümumi nəticədə 1:3 hesabı ilə uduzan Qasımov görüşün sonunda zədələnib. Bu zaman belaruslu rəqibi əsl peşəkar idmançıya yaraşan hərəkət edərək, tribunalara toplaşan azarkeşlərin alqışını qazanıb. Belə ki, Popov zədədən əziyyət çəkən Qasımovun xalçanı tərk etməsinə yardım edib. Feyr-pley nümayiş etdirən belaruslu idmançı Amili çiyni üzərinə alaraq, onu yarışın keçirildiyi zaldan çıxarıb.Onun bu hərəkəti arenaya toplaşmış azarkeşlər tərəfindən çox müsbət qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar