<span style="color:red;">AÇ-2016:  Keçmiş futbolçu rus azarkeşləri "heyvan" adlandırdı
14 iyun 2016 23:45 (UTC +04:00)

AÇ-2016: Keçmiş futbolçu rus azarkeşləri "heyvan" adlandırdı

Keçmiş ingilis futbolçu Qari Lineker Avropa çempionatının gedişində Fransada iğtişaş yaradan rus azarkeşləri təhqir edib. Apasport.az saytının məlumatına görə, hazırda BBC-də idman şərhçisi kimi fəaliyyət göstərən Lineker bunu şəxsi tvitter səhifəsində yazıb.

 

Marseldə baş verən kütləvi dava-dalaşdan sonra UEFA tərəfindən ciddi xəbərdarlıq alan ruslara əgər bir də bu cür hərəkətlərə yol versələr, milli komandalarını birincilikdən qovmaqla hədələyib.

 

Bu barədə paylaşım edən Lineker “Ümid edirəm ki, UEFA-nın qərarı bu heyvanları bir az sakitləşdirər” deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar