(R)“Ankara-Zirvə” idmançıları Türkiyə çempionatında böyük uğurla çıxış etdilər!
27 yanvar 2015 16:21 (UTC +04:00)

(R)“Ankara-Zirvə” idmançıları Türkiyə çempionatında böyük uğurla çıxış etdilər!

Türkiyənin Əskişəhər şəhərində yerləşən “Atatürk İdman Salonu”nda böyüklər arasında ağır atletika üzrə ölkə çempionatı keçirilib. Qardaş ölkənin 29 regionundan 177 kişi və 86 qadın olmaqla toplam 263 idmançının qatıldığı bu turnir böyük marağa səbəb olub.

Çempionatda “Zirvə” İdman Klubunun idmançıları da iştirak ediblər. Yasin və Emrah Arslan qardaşlarının rəhbərlik etdiyi “Ankara-Tuzgölü-Zirvə”nin 14 nümayəndəsi – 11 qadın və 3 kişi – medallar uğrunda mübarizə aparıblar. Sevindiricidir ki, “Zirvəçilər” 6 dəfə fəxri kürsüyə qalxa biliblər.

Onlardan qadınlarda Zeynep Atakan 69 kq çəki dərəcəsində 176 kq (75+101) nəticə ilə Türkiyə çempionu adını qazanıb. Qızıl medala sahib çıxan atletimiz Zirve İnternational Sport Clubs-ın Ankaradakı son dünya çempionatında 180 kq (80+100) ilə bürünc qazanmışdı.
Bununla yanaşı, Gamze Yayla 142 kq (66+76) nəticə ilə 53 kq çəki dərəcəsində, Büşranur Dalmızrak isə 156 kq (74+82) nəticə ilə 63 kq çəki dərəcəsində gümüş medala sahib çıxıblar.
63 kq çəki dərəcəsində bürünc medal da “Ankara-Zirvə” atletinə qismət olub. Emine Sarıtoprak 152 kq-la (67+85) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.
Daha bir bürünc medal isə +75 kq çəki dərəcəsində çıxış edən Gülsüm Yavuzun adına yazılıb. O, 154 kq (60+94) nəticə göstərib.
Kişilərdə isə yeganə medalımızı Musa Çetintürk qazanıb. O, 105 kq çəki dərəcəsində çıxış edib. Toplamda 245 kq (105+140) nəticə göstərən atletimiz bürünc medala sahib çıxıb.
Bütün qalib və mükafatçıları təbrik edir, onlara qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

Bütün idmançılarımızın nəticələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Women              
Name Born Weight BW S C&J T Pl.
Gamze Yayla 2000 53 kg 52.38 66 76 142 2
Gizem Nur Demir 1999 53 kg 51.54 56 68 124 5
Halime Kapucu 2001 53 kg 52.92 48 54 102 9
Elif Unal 1998 58 kg 57.08 0 75 0 -
Emine Şensoy 1991 58 kg 57.92 64 70 134 6
Büşranur Dalmızrak 1998 63 kg 63.00 74 82 156 2
Emine Sarıtoprak 1997 63 kg 61.60 67 85 152 3
Zeynep Atakan 1998 69 kg 68.60 75 101 176 1
Gülüm İnci Kaya 2002 69 kg 68.90 0 64 0 -
Fulya Penezoğlu 1997 75 kg 73.30 57 72 129 5
Gülsüm Yavuz 1997 +75 kg 94.15 60 94 154 3

 

Men              
Name Born Weight BW S C&J T Pl.
Eşref Şensoy 1986 85 kg 83.80 95 110 205 15
Musa Çetintürk 1989 105 kg 102.20 127 153 280 3
Bahadır İsmail Doğan 1993 +105 kg 117.60 105 140 245 6

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar